Wilstream | Call center xidmətləri

Wilstream

Wilstream hər növ biznes üzrə effektiv həll yolları təklif edən beynəlxalq autsorsinq çağrı mərkəzidir.

Biz daşınmaz əmlak agentliklərindən tutmuş sığorta şirkətlərinə, fitnes, tibb və kosmetologiya mərkəzlərinə, tur-operatorlara, İT şirkətlərinə qədər istənilən biznes növü üçün həll yolları təklif edirik. Çağrı mərkəzinin bütün xidmətləri gəlirlərinizin artmasına, biznes proseslərinizin optimallaşdırlmasına və xərclərinzin azalmasına yönəlib.

Pulsuz konsultasiya sifariş edin

A woman smiling and talking on the phone
Wilstream ad video cover image
Play button
20 illik təcrübə
Unikal yanaşma
Şəffaf statistika
Müasir texnologiyalar
Peşəkar komanda
Sərfəli qiymətlər
Red dots

Hansı problemləri həll edirik?

Həll etdiyimiz problemlər:

Wilstream çağrı mərkəzi daxil olan zəngləri qəbul etmək və müştərilərə zəng etmək üçün xidmətlər təklif edir. Bizim ixtiyarımızda müasir avadanlıq var ki, bu da bizə eyni vaxtda çoxlu sayda zəngləri emal etməyə imkan verir. Təcrübəli operatorlar insanlarla sakit və nəzakətlə ünsiyyət qurur, onlara vacib məlumatları çatdırır.

Pulsuz konsultasiya sifariş edin

Zənglərin itkisini aradan qaldırırıq

Daxil olan zənglərin idarə edilməsi Wilstream çağrı mərkəzinin əsas xidmətlərindən biridir. Zənglərin minimum itkisi və müştərilərə səmərəli xidməti sistemi biznesinizi daha sürətlə inkişaf etdirəcək.

Müştərilərinizə peşəkar səviyyədə xidmət göstərilməsini təmin edirik

Wilstream çağrı mərkəzinin əməkdaşları xüsusi olaraq sizin şirkətinizin tələbləri əsasında hazırlanmış ssenarilərə uyğun olaraq müştərilərinizin istəklərini, suallarını və sorğularını cavablandıracaqlar. Operatorlarımız yüksək səviyyədə müştərilərlə ünsiyyət quran və satış texnologiyalarını bilən xüsusi təlim keçmiş mütəxəssislərdir.

Müştərilərinizə 24/7 dəstək verilməsini təmin edirik

Wilstream çağrı mərkəzi 24/7 rejimində müştərilərinizə dəstək göstərə bilməyiniz üçün lazım olan bütün resursa malikdir. Şirkətimiz sizə çağrı mərkəzinin sənaye miqyaslı insan və istehsal gücünü icarəyə götürmək imkanı yaradır.

Onlayn rejimdə statistikanı təqdim edirik

Siz təkcə bizim operatorların yox, zənglər komandanıza ötürüldükdən sonra onların da danışıqlarının bütün qeydlərinə çıxış imkanı əldə edirsiniz. Beləliklə, siz bütün prosesləri izləyə və aylıq hesabatları gözləmədən problemləri daha tez həll edə bilərsiniz.

Xidmətlərimiz

Wilstream sayəsində çağrı mərkəzi xidmətlərini icarə etməklə həm büdcənizə qənaət edəcək, həm də zənglərin vaxtında və peşəkarlıqla cavablandırılmasından tam arxayın olacaqsınız.

Zənglərin qəbulu və müştərilərinizin məlumatlandırılması

Müxtəlif kommunikasiya kanallarından daxil olmuş müştəri müraciətlərinin emalı. Məlumat zənglərini satışa çeviririk.

Ətraflı məlumat

Texniki dəstək

Müştərilərinizin üzləşdiyi çətinlikləri onların ilk zəngində həll edirik. Service desk-də ərizələri məzmunları üzrə ayırırıq, qeydiyyatlarını aparırıq. Nədən şikayət olunduğunu müəyyənləşdiririk, məhsulla bağlı problemlərin aradan qaldırılmasına kömək edirik.

Ətraflı məlumat

Şikayət və iradların qəbulu

Şikayətlərin qəbulunun təşkili biznesi nəinki müştəriyönümlü etməyə, həm də maliyyə göstəricilərini yaxşılaşdırmağa imkan verir. Operatorlarımız narazı müştərilərin sizdən razı qalmasını təmin edirlər.

Ətraflı məlumat

NPS/CSI müştəri məmnuniyyətinin qiymətləndirilməsi

NPS/CSI xidməti sayəsində müştəri məmnuniyyətinin səviyyəsi, eləcə də ayrı-ayrı proseslər, məhsullar və ya xidmətlər üzrə tam dolğun məlumatlar əldə edəcəksiniz.

Ətraflı məlumat

Bronlaşdırma xidməti

Şirkətinizin korporativ standartlarına uyğun qaydalar yaradırıq və resepşninizi daim əlçatan edirik. Təlim keçdiyimiz operatorlar komandası göstərdiyiniz xidmətləri bütün incəliklərinə qədər müştərilərinizə çatdırır və onların suallarını peşəkarlıqla cavablandırır.

Ətraflı məlumat

Elektron ticarət üçün həll

İnternet mağazanızın müştərilərinin dəstəklənməsini öz üzərimizə götürürük. Satış dövriyyənizi, məhsulunuzdan və xidmətinizdən istifadə edən müştərilərin sayını artırırıq, brendin mövqeyini möhkəmləndiririk.

Ətraflı məlumat
Özəlliklərimiz

Şəffaf statistikanı sizə rahat olan formada təqdim edirik

.01

Aydın və tam hesabata istənilən vaxt istənilən cihazdan daxil olmaq imkanı.

.02

Şəxsi kabinetinizdə istənilən vaxt sizi maraqlandıran dövr üçün zənglər üzrə hesabat tərtib edə bilərsiniz.

.03

Hər bir hesabat üçün biz zəngi işçinizə ötürdükdən sonra da dialoq daxil olmaqla danışıqların tam qeydini dinləyə bilərsiniz.

A man using a computer

Paket təklifi seçin

Və ya sorğu göndərin və komandamız büdcəni layihənizə uyğunlaşdıracaq

Xəbərlər

Layihəniz var? Bizimlə əlaqə saxlayın

Pulsuz konsultasiya sifariş edin

Girl pointing her finger to the contact form